Rəsmi Tehrandan Türkiyə xəbərdarlığı

Rəsmi Tehrandan Türkiyə xəbərdarlığı backend

İran İslam Respublikasında əhaliyə Türkiyəyə səyahətə getməyin xəbərdarlığı olub. ANS PRESS-in xəbərinə görə, bu barədə İranın yarı rəsmi “Fars” xəbər agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, İslami Şura Məclisinin Milli Təhlükəsizlik komissiyasının üzvü Baqir Hüseyni ölkə əhalisinin Türkiyəyə səyahət etməsinə hökumət tərəfindən qadağa qoyulmasını təklif edib.

İranlı turistlərin Türkiyəyə səyahət etməsini tənqid edən Hüseyni bu ölkədə təhlükəsizliyin olmadığını deyib. İŞİD terror qruplaşmasının Türkiyədə aktiv fəaliyyət göstərdiyini iddia edən komissiya üzvü qonşu ölkədə hər an, hər yerdə partlayış ola biləcəyini qeyd edib.

İslam Respublikasının vətəndaşlarına "Türkiyəyə səyahət etməyin" çağırışı edən Baqir Hüseyni iranlıların Türkiyədə xərcləyəcəyi pulun İŞİD-ə getdiyini iddia edib.

Hüseyni həmçinin turizm qurumuna Türkiyəyə təşkil ediləcək turların dayandırılmasının vacib olduğunu vurğulayıb.