Renzi Almaniyanın təklifini “Axmaqlıq paktı” adlandırdı

Renzi Almaniyanın təklifini “Axmaqlıq paktı” adlandırdı backend

İtaliyanın Baş naziri Matteo Renzi növbəti dəfə Avropa Birliyini (AB) tənqid edib. Axar.az xəbər verir ki, “Blumberq”ə danışan baş nazir Birliyi “Titanik” okeanda batarkən göyərtədə musiqi ifa edən orkestrə bənzədib:

“Bir sıra islahatlar həyata keçirdik və AB-dəki tərəfdaşlarımıza “Dostlar, bu səhv və bürokratik yanaşmanı dəyişdirə bilərik”, - dedik”.

Ayrıca, 41 yaşlı baş nazir iqtisadi böhranın təsirlərini yüngülləşdirmək üçün Almaniyanın təklifi ilə müzakirə edilən “Sabitlik Paktı”nı “Axmaqlıq Paktı” adlandırıb.