Qazaxıstanın Azərbaycandakı səfirliyi yeni ünvana köçüb. Səfirlikdən Report-a verilən məlumata görə, Qazaxıstanın ölkəmizdəki diplomatik missiyasının yeni binası Nəcəfqulu Rəfiyev 10 ünvanında yerləşəcək.
Buna qədər səfirlik Həsən Əliyev küçəsi, 15-ci keçid, ev 8 ünvanında yerləşirdi.Cümə günü səfirliyin yeni binasında Qazaxıstan bayrağının qaldırılması mərasimi olacaq.