ABŞ İsraildə yaxalanan rusiyalı haker Aleksey Burkovu təhvil almaq üçün zəruri ekstradisiya sənədlərini bu ölkəyə təqdim edib. İKT.lent.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, fevralın 18-də ekstradisiya məsələsinə Yerusəlim Dairə Məhkəməsində baxılacaq. “Biz o zaman işin içərisindəki sübutları görə biləcəyik”, - deyə vəkil Mixail İroni bildirib.
Qeyd edək ki, ABŞ-ın tələbi ilə İsraildə saxlanılan Rusiya vətəndaşı Aleksey Burkov kibercinayətlərdə ittiham olunur. ABŞ-da onun haqqında cinayət işi açılıb. A. Burkov İsraili tərk etmək istəyərkən Ben-Qurion hava limanında həbs edilib. Rusiya hökuməti İsraildən bu hadisə barədə izahat istəyib.