ABŞ-dan Ərdoğana cavab: “PYD və YPG terror təşkilatı deyil“

ABŞ-dan Ərdoğana cavab: “PYD və YPG terror təşkilatı deyil“ backend

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlara Dövlət Departamentindən cavab verilib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Departament sözçüsü Mark Toner keçirdiyi mətbuat konfransında ABŞ-ın PYD və onun silahlı qanadı olan YPG-ni terror təşkilatı olaraq görmədiyi ilə bağlı mövqeyini bir daha təkrarlayıb:


"PKK bizə görə terror təşkilatıdır. Ancaq PKK və YPG arasında əhəmiyyətli dərəcədə fərq var. Biz YPG məsələsində Türkiyə ilə eyni fikirdə deyilik. Suriyanın qan gölünə dönməsinə gəlincə, bu faktorun əsas səbəbləri Əsəd rejimi və İŞİD-dir".

Mark Toner YPG-nin İŞİD-ə qarşı uğurla mübarizə apardığını da sözlərinə əlavə edib.



O, eyni zamanda Birləşmiş Ştatlar və Türkiyənin iki dost ölkə olduğunu bildirərək, Türkiyə tərəfinin narahatlığının səbəbini anladıqlarını və bu istiqamətdə müzakirələrin gələcəkdə də davam etdiriləcəyini bildirib.