Rusiya ABŞ-ın müttəfiqini öz tərəfinə çəkir

Rusiya ABŞ-ın müttəfiqini öz tərəfinə çəkir backend

Rusiya Suriya kürdləri ilə əməkdaşlıq edərək ABŞ və Türkiyənin Yaxın Şərq siyasətini pozur.

Qaziler.az Axar.az xəbər verir ki, bunu keçmiş diplomat və kəşfiyyatçı Şmuel Bar İsrailin “Post Yerusəlim” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, əgər Rusiya Suriya kürdlərinin torpaqlarını vahid şəkildə birləşdirməsinə yardım etsə, İraq kürdləri müstəqillik əldə edəcək:

“Rusiya ABŞ-ın müttəfiqini (red – kürdlər) öz tərəfinə çəkməyi bacarıb. Kürd məsələsi ilə bağlı ABŞ və Türkiyə arasında yaranan anlaşılmazlıq Rusiyaya sərf edir. Çox güman ki, ruslar bu anlaşılmazlıqdan istifadə edəcək”.