Sergey Lavrov: “ABŞ Rusiyanın iki cəbhədə müharibə aparmasında maraqlıdır“

Sergey Lavrov: “ABŞ Rusiyanın iki cəbhədə müharibə aparmasında maraqlıdır“ backend

Birləşmiş Ştatlar Rusiyanın iki cəbhədə müharibə aparmasında maraqlıdır. APA TV-nin xəbərinə görə, bunu "Moskovskiy Komsomolets" qəzetində müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

"Rəsmi Vaşinqton Ukraynanın Donbass regionunda gərginliyin azalmaması, Moskvanın Donbass böhranına atəşkəs dövründən daha çox diqqət ayırmasında maraqlıdır", - deyə o əlavə edib.

Xarici Siyasət İdarəsinin rəhbəri deyib ki, Vaşinqton Rusiyanı eyni anda iki cəbhədə mübarizə aparmaq məcburiyyəti qarşısında qoymaq məqsədi güdür.



"Mən "sövdələşmələr nəzəriyyəsinin" tərəfdarı olmasam da, əlimizdə Vaşinqtonun məhdud dairələrində Rusiyanı iki cəbhədə mübarizə aparmağa vadar etmək istənildiyini təsdiqləyən kifayət qədər fakt var. Bütün bunlar Ukrayna və Donbass regionunda, həminçinin Suriyadakı gərginliyin azalmaması məqsədi daşıyır".