ABŞ texnoloji savaşlara hazırlaşır

ABŞ texnoloji savaşlara hazırlaşır backend

ABŞ öz ordusunun texnoloji təchizatını gücləndirmək üçün böyük maliyyə ayırmaq niyyətindədir. İKT.lent.az-ın “Financial Times”a istinadən verdiyi məlumata görə, Pentaqon təmsilçiləri bildiriblər ki, Rusiya və Çinə uğurla müqavimət göstərə bilmək üçün hərbi texnologiyaların maliyyələşdirilməsinin artırılması vacibdir. “Biz yüksək texnologiyalardan istifadə edən düşməni dəf etməyə hazır olmalıyıq”, - deyə müdafiə naziri Eşton Karter bildirib.

E. Karter hesab edir ki, hərbi sənayedə texnologiyaların inkişafına xüsusi diqqət yetirilməlidir. O deyib ki, yaxın illərdə ABŞ artıq daha əvvəl İraq və Əfqanıstanda olduğu şəkildə döyüşməyəcək.

Pentaqon yaxın illərdə “X-47B” tipli, aviadaşıyıcılara eniş edə bilən pilotsuz təyyarələrin istehsalı kimi innovasiya layihələrinə daha çox kapital qoymaq fikrindədir.

Qeyd edək ki, Pentaqonun 2017-ci il üçün büdcəsi 582,7 milyard dollar həcmində nəzərdə tutulub.