Çində zəlzələ olub

Çində zəlzələ olub backend

Çinin cənub-qərbində, Yunnan əyalətində 4,5 bal gücündə zəlzələ baş verib. APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əyalətin inzibati mərkəzi Kunmin şəhərindən 48 km aralıda, ocağı isə 12 km dərinlikdə yerləşib.

Təkanlar bir sıra qonşu bölgələrdə də hiss olunub. Torpaqdan tikilmiş, zəlzələyə davamsız bəzi evlərdə çatlar əmələ gəlib. Ölən və xəsarət alanların olub-olmadığı məlum deyil.
Diaspora