Deputatlar “Azərbaycan Evi”nə niyə yox dedilər? - QALMAQAL

Deputatlar “Azərbaycan Evi”nə niyə yox dedilər? - QALMAQAL backend

Rusiyanın Sverdlovsk vilayəti deputatları Yekaterinburq şəhəri Bolşakov küçəsindəki “Zelyonaya Roşa” adlanan ərazidə Çin konsulluğu üçün bina tikilməsi barədə qərar qəbul edib. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, konsulluğun tikintisi barədə qərarın lehinə yerli Dumanın 35 deputatından, 28-i səsə verib, Yerli saytların məlumatına görə, adıgedən ərazidə əvvəlcə “Azərbaycan Evi”nin tikintisi nəzərdə tutubmuş.

Hətta Evin layihəsi belə hazır imiş. Tikintini isə yerli Azərbaycan diasporunun rəhbərlərindən olan Şahin Şıxlinsikiyə yaxın şirkətlərdən biri həyata keçirməli idi. Evin əvvəlki eskizinə və planına görə, burada Azərbaycan Milli Mədəni Muxtariyyatı yerləşməli, bir sözlə diaspora və mədəni tədbirlər üçün tikilməsi nəzərdə tutulurdu. Amma sonradan məlum olub ki, Şıxlinski “Azərbaycan Evi” adı altında binada otel, spa-salon və digər əyləncə obyektləri istifadə verəcək.

Məhz bundan sonra yerli əhali sosial şəbəkələrdə petisiya yerləşdirərək Şıxlinskinin tikintisinə qarşı çıxıblar. Nəhayət, yerli Duma da dünən keçirdiyi iclasda, həmin ərazini “Azərbaycan Evi”nə yox, Çin Xalq Respublikasının Yekaterinburqdakı konsulluğuna verilməsi barədə qərar qəbul edib.