PKK qana doymur: Türkiyə bir gündə 9 şəhid verib

PKK qana doymur: Türkiyə bir gündə 9 şəhid verib backend

Türkiyə Silahlı Qüvvələri fevralın 9-da PKK silahlılarına qarşı əməliyyatlarda daha 9 şəhid verib. Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, dünən Ankaradakı hərbi hospitalda müalicə olunan bir hərbçi və bir polisi həyatını xilas etmək mümkün olmayıb. Elə eyni saatlarda Şırnakda məmurları daşıyan avtomobil partladılıb. Nəticədə avtomobildə olan məmurlardan ikisi şəhid olub. Bundan başqa Cizrədəki əməliyyatlarda bir polis və bir hərbçi terrorçular tərəfindən şəhid edilib.


Gecə saatlarında Şırnakda terrorçuların raket atması daha bir polisin şəhid olmasına səbəb olub. Bir qədər sonra isə yenə Şırnakın İdil qəsəbəsində 1 hərbçi şəhid olub.

Dünən sonuncu acı xəbər isə Diyarbakırın Sur qəsəbəsindən gəlib. Gecə yarısı qəsəbədə növbə çəkən hərbçilərdən biri terrorçular tərəfindən qətlə yetirilib. Beləliklə fevralın 9-u Türkiyə tarixinə daha bir qanlı gün kimi həkk olunub. Terrorçular bir gün ərzində 4-ü hərbçi, 3-ü polis, 2-si məmur olmaqla 9 nəfər şəhid edib.