Türkiyənin Şırnak vilayətinin Cizre rayonunda PKK terror təşkilatına qarşı aparılan əməliyyat zamanı bir əsgər və bir polis şəhid olub.
Qaziler.az Anadolu Agentliyinə istinadən bildirir ki, Çizre rayonunda terror təşkilatı mənsublarının qazdıqları çuxurların bağlanması, qurulan barrikadaların götürülməsi və pusqular quraraq partlayışlarla qırğın törədilməsinin qarşısını almaq üçün 14 dekabrda elan edilən küçəyə çıxma qadağasının ardınca "Şəhid jandarma Kidemli Çavuş Burak Dəmirçi əməliyyatı " davam edir.Əməliyyat zamanı terrorçuların hücumu nəticəsində bir əsgər və bir polis şəhid olub.