Türkiyədə “Ergenekon davası” kimi tanınan cinayət işi üzrə təqsirləndirilən və barəsində axtarış elan olunan Yedditəpə Universitetinin qurucusu Bədrəddin Dalan İstanbula qayıdıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu, B.Dalan barəsində həbs qərarının ləğvindən sonra mümkün olub.O, “Lufthansa Hava Yolları”na aid təyyarə ilə Frankfurtdan İstanbula gəlib. Atatürk Hava Limanında onu yaxınları qarşılayıb.