“Dondurulmuş və davam edən münaqişələr Avropanın birliyinə, sabitliyinə təhlükədir”

“Dondurulmuş və davam edən münaqişələr Avropanın birliyinə, sabitliyinə təhlükədir” backend

“Şərq sərhədlərimizdə dondurulmuş və davam edən münaqişələr Avropanın birliyinə və sabitliyinə real təhdid törədir”.

Qaziler.az bildirir ki, APA-nın xəbərinə görə, bu sözləri AŞPA prezidenti Pedro Aqramunt Bolqarıstanın paytaxtı Sofiyada keçirilən milli parlamentlərin xarici işlər komitələri sədrlərinin konfransında deyib. “Barışıq və Avropanın birləşməsi prosesi 1989-cu ildə başladı, lakin fikir ayrılıqları son bir neçə ildə yarandı”, - deyə o, qeyd edib.

AŞPA prezidenti beynəlxalq terrorizm, qaçqın böhranı, sağçı və solçu populizm, millətçilik, demokratik dəyərlərin və insan haqlarının boğulması kimi faktorların qarşılıqlı anlaşmaya mane olduğunu diqqətə çatdırıb: “Bizim gücümüz dəyərlərimizə əsaslanan birliyimizdir və Bolqarıstanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi müddətində bu ideyanı şüar kimi seçməsinin simvolik əhəmiyyəti var”.