Biz onların valideynlərinin haradan olduğunu bilmirik. Axar.az xəbər verir ki, bunu ABŞ-da prezidentliyə namizəd Donald Tramp Masaçusets ştatının Salem şəhərində seçicilərlə görüşündə deyib.
Müsəlmanlara qarşı sərt çıxışları ilə tanınan iş adamı “siz 8-10 yaşlı uşaqların üzünə baxıb, onların buradakı məktəblərdə oxuya bilməyəcəyini deyə bilərsinizmi?”, sualına özünəməxsus şəkildə cavab verib:“Uşaqlar öz valideynləri ilə qalmalıdır. Biz onların valideynlərinin haradan olduğunu bilmirik. Miqrantların sənədləri yoxdur. İŞİD-lə əlaqəli ola bilərlər. Suriyalılara başqa formada kömək etmək lazımdır”.
Qeyd edək ki, bundan öncə Donald Tramp prezident seçiləcəyi təqdirdə müsəlmanların ölkəyə girişinə qadağa qoyacağını bildirmişdi.