Bu gün ABŞ-ın Nyu-Hempşir ştatında hazırkı prezident seçkiləri kampaniyasının ilk praymerizi keçiriləcək. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, məhz bu gün partiyaların prezidentliyə namizədlərinin adları açıqlanacaq və seçilmiş 23 respublikaçı, eləcə də 32 demokratın kimə səs verəcəyi bəlli olacaq.
Sorğuların nəticələrinə görə, respublikaçılar arasında Donald Tramp liderlik edir. Bununla belə, aparılan sosial araşdırmalara rəğmən, Tramp Ayova ştatındakı ilkin seçkilərdə ikinci yerə çıxıb. Donald Trampın partiyadaşları arasında səkkiz nəfər yenə də prezident kürsüsü uğrunda mübarizə aparmaqda qərarlıdır.Demokratlar arasında isə vəziyyət bir qədər sadədir: Demokrat partiyadaşlar praymerizlər zamanı iki nəfər - keçmiş dövlət katibi Hillari Klinton və Vermont ştatından olan senator Berni Sandersə olan münasibətlərini müəyyən etməlidirlər. Sonuncu namizəd özünün xalqa yaxınlıq, sosialist ideyalara sədaqət mövqeyinə əmin olaraq, rəqibi Hilları Klintonu "hazırkı hakimiyyətin yeni proqressiv vəziyyəti hiss etməyən namizədi" adlandırır.
“Bu dəhşətlidir. Mən bəzi səbəblərə görə bu cür yanaşma ilə razı deyiləm. Demokratiyaya xas olan bir tərzdə səninlə mübahisə etmək və öz yanaşma tərzinin doğruluğunu isbatlamaq əvəzinə, sənə "isteblişment" nişanı yapışdırılır və heç kim artıq səndən heç nə soruşmur. Bu, çox pis bir nümunədir”, - deyə Hillari Klintonun həyat yoldaşı, ABŞ-ın sabiq prezidenti Bill Klinton məsələyə münasibət bildirib.
Hazırkı sorğulara inansaq, Hillari Klintonun bu praymerizlərdə qalib gəlmək şansı azdır. Berni Sandersi dəstəkləyənlərin ümumi sayı rəqibindən 20 faiz daha çoxdur.