Hakerlər 20 mindən artıq FTB agentinin məlumatlarını internetə buraxdı

Hakerlər 20 mindən artıq FTB agentinin məlumatlarını internetə buraxdı backend

“Twitter” sosial şəbəkəsində “@DotGovs” ləqəbi ilə fəaliyyət göstərən kibercinayətkar qrup ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) 20 mindən artıq əməkdaşının adları, vəzifələri, telefon nömrələri və elektron ünvanları ilə bağlı məlumat bazasını internetdə dərc edib.

İKT.lent.az-ın “hitech.vesti.ru” saytına istinadən məlumatına görə, məlumat bazasında ABŞ Milli Təhlükəsizlik Nazirliyinin 9 mindən çox əməkdaşının analoji məlumatları da mövcuddur.

Hakerlər iddia edir ki, bu məlumatları qurumların kompüter sistemlərini sındırılması ilə əldə ediblər. Bu məlumatların açıq şəkildə internetə çıxarılacağı barədə isə kibercinayətkarlar hələ fevralın 7-də xəbərdar ediblər.

Məlumatlarlaın dərc edilməsi ilə bağlı xəbər “#FreePalestine” (Azad Fələstin) həşteqi ilə buraxılıb. Daha əvvəl, bazar ertəsi isə @DotGovs “Twitter”ində ABŞ hökumətinə qarşı İsraillə bütün diplomatik münasibətlərə son qoyulması ilə bağlı tələb irəli sürülüb.

ABŞ Ədliyyə Nazirliyində isə bildirirlər ki, adıçəkilən məlumatlar həqiqətən də hakerlərin əllərinə keçib. Faktla bağlı araşdırma aparılır.

Eyni zamanda FTB agentləri haqqında hər hansı məxfi şəxsi məlumatların oğurlandığını deməyə əsas yoxdur.