Obama: Ağ Evdə “Wi-Fi“ zəifdir

Obama: Ağ Evdə “Wi-Fi“ zəifdir backend

ABŞ prezidenti Barak Obama Ağ Ev-də "Wi-Fi" şəbəkəsinin pis işləməsindən şikayət edib. İKT.lent.az-ın xəbərinə görə, bu barədə CNN telekanalı məlumat verib. Prezident Obama ölkənin gələcək rəhbərinə mümkün məsləhətlər barədə danışarkən administrasiya binasında internetin əhatə dairəsini tənqid edib. Obama ümid edir ki, onun xələfinin növbəti andiçmə mərasiminə qədər Ağ Evdə "Wi-Fi"ın sürəti düzələcək.

ABŞ-ın birinci xanımı Mişel Obama da bildirib ki, Ağ Evdə zəif "Wi-Fi" olmasından daha çox onun qızları Saşa və Maliya əziyyət çəkir.