ABŞ-dan Ərdoğana cavab: Suriya kürdləri terrorçu deyil, bizim müttəfiqimizdir. “ABŞ YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımır. Bu birləşməyə dəstək verməkdə davam edəcəyik”. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bunu Dövlət Departamentinin sözçüsü Con Kirbi keçirdiyi mətbuat konfransında deyib. Con Kirbi əlavə edib ki, Türkiyənin YPG-ni terror qruplaşması kimi tanıdığı onlara məlumdur.
“Türkiyənin YPG ilə bağlı narahatlığını başa düşürük. Ancaq YPG İŞİD-lə mübarizədə ən güclü qruplardan biridir”, - deyə Vaşinqton rəsmisi əlavə edib.Con Kirbi türkiyə ilə bu məsələnin müzakirəsini davam etdirəcəklərini diqqətə çatdırıb: “Prezident Ərdoğan açıq şəkildə “ya biz, ya onlar” şərtini irəli sürüb. Türkiyə NATO-nun müttəfiqi, IŞİD-ə qarşı mübarizədə kilid nöqtələrindən biridir. Verdiyi dəstək üçün Türkiyəyə minnətdarıq”.
Qeyd edək ki, YPG PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin hərbi birləşməsidir.