Suriyadan Türkiyəyə daha 600 min miqrant gələ bilər

Suriyadan Türkiyəyə daha 600 min miqrant gələ bilər backend

Suriyanın Hələb əyalətində davam edən şiddətli döyüşlər nəticəsində Suriya-Türkiyə sərhədinə miqrant axını 600 min nəfərə çata bilər. APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Yaxın müddət ərzində regionda böhranın dərinləşəcəyi təqdirdə, Türkiyə sərhədinə 600 min nəfərədək miqrant toplaşa bilər”, deyə N.Kurtulmuş bildirib.

Qeyd olunur ki, indiyədək Türkiyə 2,7 mln, Avropa İttifaqı isə 2 milyona yaxın miqrant qəbul edib.