Çinə yeni il gəldi - Ölkə toz-dumana büründü

Çinə yeni il gəldi - Ölkə toz-dumana büründü backend

Çin vətəndaşları Ay təqvimi ilə Yeni ilin gəlişini atəşfəşanlıqla qeyd edir.

Qaziler.az ATV-yə istinadən bildirir ki, Pirotexniki vasitələrin partlayış səsləri demək olar ki, hər yerdə eşidilir.

Lakin Yeni il atəşfəşanlığı zəhərli dumanın əmələ gəlməsinə səbəb olub. Havada sağlamlıq üçün təhlükəli olan zərrəciklərin miqdarı bir kubmetr sahə üçün 750 mikroqram təşkil edib ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST müəyyən etdiyi normadan 30 dəfə çoxdur.

Pekin Ekoloji Monitorinq Mərkəzinin məlumatına görə, daha ağır vəziyyət paytaxtın cənub hissəsində qeydə alınıb. Hakim dairələr uşaqlara, yaşlılara və tənəffüs problemi olan insanlara küçələrdə çox gəzməməyi məsləhət görür.