Suriyada Bəşər Əsədə sadiq qüvvələr Latakiya vilayətində müxaliflərin nəzarətində olan türkman qəsəbələrini top və raketlərdən atəşə tutub.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, rejim qüvvələri Karamanlı qəsəbəsinə girməyə çalışır.Bölgədə intensiv atışmalar davam etdiyi bildirilir.
Qeyd edək ki, dünən Əsəd qüvvələri Kuruca qəsəbəsinə nəzarəti ələ keçirmişdi.