Rusiyanın Pskov vilayətində "Mi-8" tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.
Qaziler.az bildirir ki, "Report"un "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, helikopterdə olan 3 pilot və bir texnik-təlimatçı ölüb.Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təlim uçuşu yerinə yetirən helikopterlə əlaqə yerli saatla 19.21-də kəsilib.
Qəzanın səbəbləri araşdırılır.