“Azərbaycanla üzvlüklə bağlı danışıqlar aparmırıq“

“Azərbaycanla üzvlüklə bağlı danışıqlar aparmırıq“ backend

“Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qəbulu ilə bağlı danışıqlar aparılmır”.

Qaziler.az bildirir ki, APA-nın “armenpress.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Avrasiya İqtisadi İttifaqının inteqrasiya inkişafı və makroiqtisadiyyat üzrə naziri Tatyana Valovaya deyib.

“Biz Azərbaycanla üzvlüklə bağlı danışıqlar aparmırıq, çünki Azərbaycan bunun üçün müraciət etməyib”, - deyə o qeyd edib.

Bununla yanaşı, T. Valovaya qurumun üçüncü ölkələrlə əməkdaşlıqda, ticarət əlaqələrinin genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.