İraqın Baş naziri Heydər Abadi bundan sonra peşmərgə qüvvələrinə qəti şəkildə yardım edilməyəcəyini bildirdi.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İraq Parlamentinin Təhlükəsizlik və Müdafiə Komissiyasının sədri Kamuran Bacalan deyib.O bildirib ki, dünən Abadinin sədrliyi ilə parlament üzvlərinin toplantısı keçirilib:
“Toplantı zamanı İraqın təhlükəsizliyi, Ramadi və Mosulda İŞİD-ə qarşı davam edən əməliyyatlarla bağlı müzakirələr aparıldı. Abadi toplantı zamanı vurğuladı ki, bundan sonra peşmərgə qüvvələrinə yardım edilməyəcək. Kürdlər neft satır və oradan gələn gəlirlərlə döyüşçülərin maaşlarının verilməsi mümkündür”.