Rusiyanın tanınmış aktrisası, Sovetlər dönəmində məşhur olan "Kölgələr günorta yox olur" teleserialında baş rollardan birinin ifaçısı Aleksandra Zavyalovanı öz oğlu öldürüb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, artıq onun oğlu Pyotr polisə təqsirli olduğu haqda polisə ifadə verib .Qonşuların sözlərinə görə, aktrisa ilə oğlu kasıb yaşayırmışlar və tez-tez aralarında münaqişə yaranırmış: 40 yaşlı Pyotr içki düşkünü olub və mütamadi olaraq qoca anasını döyürmüş. Növbəti konflikt zamanı o, anasını bıçaqla vurub.
Xatırladaq ki, Aleksandra Zavyalova fevralın 2-də Sankt-Peterburqdakı evində ölmüş vəziyyətdə tapılıb. Aktrisanın 2 gün sonra 80 yaşı tamam olacaqmış.