Türkiyədə TANAP layihəsinin tikintisi martın 17-də başlayacaq. Trend Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, TANAP layihəsi həm Türkiyə və Azərbaycan, həm də bütün dünya üçün çox əhəmiyyətli və strateji layihədir.