Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ABŞ-la ölkəsinin arasında münasibətlərin soyuduğunu bəyan edib. APA TV-nin Türkiyə saytlarına istinadən xəbərinə görə, prezident bunun Vaşinqtonun Suriyada kürdləri dəstəkləməsi səbəbindən yarandığını bildirib.
Ərdoğan Obamanın xüsusi nümayəndəsi Bretta Makqurkanın Kobaniyə səfərini kəskin tənqid edib. Suriyanın şimal şəhəri hazırda kürdlərin təşkilatlandığı "Demokratik İttifaq" partiyasının üzvlərinin nəzarətindədir.Türkiyənin dövlət başçısının sözlərinə görə, görüşdə danışılan məsələlər barədə onun məlumatı var və bu məlumatı ona həmin danışıqlarda iştirak edən ABŞ-ın yüksək rütbəli zabitlərindən biri ötürüb. Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə ABŞ-ın Ankara, yoxsa kürdlərlə müttəfiqlik etdiyi ona məlum deyil.
O, bir daha vurğulayıb ki, istər PKK, istərsə də onun Suriya qanadı terror təşkilatıdır.