Türkiyənin Şırnak vilayətinin Cizrə mahalında 10, Diyarbəkir vilayətinin Sur mahalında isə 2 terrorçu məhv edililib.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Baş Qərargahı məlumat yayıb.Türkiyə Silahlı Qüvvələrinin əməliyyatları nəticəsində PKK terrorçularına aid xeyli silah-sursat da ələ keçirilib.
Bildirilib ki, Şırnakda bu günə kimi 564, Diyarbəkirdə isə 169 terrorçu öldürülüb. Hər iki vilayətdə zərərsizləşdirilən terrorçuların ümumi sayı isə 733-dür.
Qaziantep vilayətində isə Türkiyəyə qeyri-qanuni yollarla daxil olmaq istəyən 6 İŞİD üzvü saxlanılıb.