Türkiyənin Ədalət və İnkişaf Partiyasından Qars millət vəkili Ahmet Arslan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin bu ilin sonunda yekunlaşması üçün hamının böyük səylə çalışdığını bildirib.
Virtualaz.org saytı Türkiyənin «Milliyet» qəzetinə istinadən xəbər verir ki, Ahmet Arslanın sözlərinə görə, bu layihə təkcə Qars üçün deyil, bütün Türkiyə üçün önəmlidir.«Bir sıra hadisələr üzündən layihənin icrası gecikdi, amma bu ilin sonuna kimi bitirilməsi məqsədilə Azərbaycan, Gürcüstan və Türkiyənin nəqliyyat nazirləri bu yaxınlarda görüş keçiriblər və bu ayın 12-də bir daha görüşəcəklər. Layihənin Gürcüstan hissəsinin başa çatması üçün hamı əlindən gələni edir. İnşallah, inşaat mövsümünün başlaması ilə birlikdə hamımız bu işlərin necə sürətləndiyinin şahidi olacağıq», - Türkiyə Böyük Millət Məclisinin Qars millət vəkili belə deyib.