Polisə atmaq istədiyi partlayıcı öz əlində partladı

Polisə atmaq istədiyi partlayıcı öz əlində partladı backend

Diyarbekirin Yenişehir rayonunda bir terrorçu polis maşınına atmağa çalışdığı əldəqayırma partlayıcının öz əlində partlaması nəticəsində ələ keçirilib.

Qaziler.az Anadolu Agentliyinə istinadən bildirir ki, terror təşkilatı olan PKK üzvü S.T-nin Yenişehir rayonunun Şəhidlik məhəlləsində polis maşınına atmağa çalışdığı əldəqayırma partlayıcı əlində partlayıb.

Yaralanan S.T. Dicle Universiteti xəstəxanasına aparılıb. S.T.-nin sol əlinin qopduğu məlum olub.

Hadisə ilə bağlı istintaq başlayıb.