Tayvannın cənubundakı Taynan şəhərində yeraltı təkanlar nəticəsində 10-dan artıq adam ölüb, dağıntılar altında qalanlar axtarılır.
Qaziler.az BBC-yə istinadən xəbər verir ki, 7.6 bal gücündə zəlzələ yerli vaxtla səhər saat 4-də (Bakı vaxtı ilə 24:00) baş verib.Ən çox dağıntıya Taynan şəhəri məruz qalıb.
Burada 100 mənzilli hündür binanın çokməsi nəticəsində ən azı 4 adam ölüb.
Onların arasında körpə uşağın olduğu xəbər verilir.