İran Səudiyyəni təhdid etdi: “Bir əsgərinizi belə, sağ buraxmarıq”

İran Səudiyyəni təhdid etdi: “Bir əsgərinizi belə, sağ buraxmarıq” backend

İran Suriyada quru əməliyyatına başlamaq istəyən Səudiyyə Ərəbistanını təhdid edib.

Qaziler.az Axar.az xəbər verir ki, İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Məhəmməd Cəfəri Səudiyyə Ərəbistanının bir hərbçisinin belə sağ qalmayacağını bildirib:

“Səudiyyə Ərəbistanının Suriyaya quru qoşunlarını göndərməyə cəsarəti çatmaz. Əgər göndərərsə, bir əsgərini belə sağ buraxmarıq. Bu, səudiyyəlilər üçün intihar olar”.

Xatırladaq ki, İran müxaliflərə qarşı döyüşlərdə Əsəd rejiminə aktiv dəstək verir.