Rusiyanın Orenburq viuilayətində bu gün «An-2» təyyarəsi yoxa çıxıb.
Təyin olunmuş vaxtda o, enmə meydançasına gəlib çıxmayıb.Qaziler.az-ın məlumatına görə, Virtualaz.org saytı Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, göyərtəsində 3 nəfərin olduğu təyyarədən heç kim, dispetçerlərin cəhdlərinə baxmayaraq, əlaqəyə girmir.
Təyyarənin və ekipaj üzvlərinin axtarışına başlanıb.
Mənbə bildirir ki, hava gəmisində 2 ekipaj üzvü və TEK neft şirkəıtinin 1 nümayəndəsi olub.