Təyyarə qəza enişi etdi

Təyyarə qəza enişi etdi backend

Nikaraquanın paytaxtı Manaqua aeraportunda "Delta" Airlines şirkətinə aid "Airbus 320" təyyarəsi təhlükəli eniş edib. “Gazeta.ru” xəbər verir ki, eniş zamanı təyyarənin göyərtəsində 124 sərnişin və 6 ekipaj üzvü olub. Layner Manaquadan Atlantaya səfər edirmiş. Təyyarə yerdən ayrılan kimi ekipaj komandiri şassi işində nasazlıqlar sezib və eniş barədə qərar qəbul edib.

Hadisə nəticəsində heç kim xəsarət almasa da bu aviaşirkətin 3 günə 2-ci belə qəza enişidir. Belə ki, martın 5-də bu dəfə isə Atlantadan uçan "MD-88" tipli təyarə qəza enişi etmək məcburiyyətində qalıb. Nəticədə, içərisində 125 sərnişin olan eniş zamanı sürüşərək uçuş zolağından çıxıb. Təyyarədə olan sərnişinlərdən 6 nəfəri yüngül şəkildə xəsarət alıb. Hadisədən sonra yağan qarın təhlükə yaratdığı səbəbilə ABŞ-ın federal aviasiya idarəsi hava limanının müvəqqəti bağlanması barədə qərar qəbul edib.
Diaspora