İraqdakı otellərin birində güclü yanğın nəticəsində 17 nəfər həlak olub

İraqdakı otellərin birində güclü yanğın nəticəsində 17 nəfər həlak olub backend

İraqın Ərbil şəhərindəki otellərin birində baş vermiş güclü yanğın nəticəsində 17 nəfər həlak olub, 10 nəfər isə yaralanıb. Ölənlərin əksəriyyəti xaricilərdir.

Qaziler.az Azərtac-a istinadən bildirir ki, Türkiyə KİV-lərinin məlumatına görə, yanğın otelin bərbər salonunda başlayıb. Yaralılar xəstəxanalara çatdırılıb. Onların arasında vəziyyəti ağır olanlar var.