Suriya sərhəddinə 15000 qaçqın toplaşıb

Suriya sərhəddinə 15000 qaçqın toplaşıb backend

Suriyanın Hələb əyalətində vuruşmadan qaçan 15 min qaçqın Türkiyə ilə sərhəddə toplaşıb, BMT və Türkiyə rəsmiləri deyir.

Onlara sərhəddi keçmək icazəsi verilməyib, amma Türkiyə deyir ki, qaçqınları yedirtmək və onlara sığınacaq vermək üçün tədbirlər görür.
Son bir neçə gündə, Rusiyanın dəstəklədiyi Suriya ordusu Hələb əyalətində irəliləyib.
Bundan öncə Nato Rusiyanı Suriyada sülh səylərini təhlükə altına almaqda təqsirləndirib.
"Humanitar təşkilatlar didərgin düşənlərin ehtiyaclarını ödəməyə çalışır, amma davam edən hərbi münaqişə ehtiyac içərisində olan əhaliyə yardım çatdırmağı getdikcə çətinləşdirir", - BMT-dən Linda Tom AFP xəbərlər agentliyinə deyib.
O bildirib ki, 5000-10000 didərgin Suriyanln şimal-qərbindəki və Türkiyəyə yaxın Azaz şəhərinə toplaşıb.
Türkiyə Baş Naziri Ahmet Davutoğlu da bundan əvvəl, 15 min insanın sərhəddə çatdığını deyib.