“Lenovo Group” şirkəti 2015-ci ilin dekabrın 15-də başa çatmış rüb üzrə hesabatını təqdim edib. İKT.lent.az-ın “ixtb.com” saytına istinadən məlumatına görə, hesabat müddətində şirkət 12,9 milyard dollar qazanc əldə edib ki, bu da bir öncəki göstəricidən 8 faiz azdır. Valyuta məzənnəsi dəyişikliyi nəzərə alınsa, bu, 2 faiz azalma deməkdir.
Şirkətin vergi ödəyənə qədər gəliri 300 milyon dollar olub ki, bu da ötən ilki göstəricilərdən 17 faiz çoxdur və analitiklərin gözləntilərindən üstündür. Şirkətin xalis mənfəəti isə 300 milyon dollara bərabər olub ki, bu da ötən ilki göstəricidən 19 faiz çoxdur və analitiklərin gözləntilərindən artıqdır.
İstehsalçı 2015-ci ilin avqust ayında elan etdiyi yenidənqurma işlərini davam etdirir. Onun məqsədi xərclərini bir ildə 1,35 mlrd. dollar azaltmaq və rəqabət qabiliyyətliliyi artırmaqdır.
Şirkətin “Motorola Mobility” şirkətini 2,91 milyard dollara aldıqdan sonra bir rüb ərzində 20,2 milyon ədəd smartfon satıb ki, bu da bir il öncəki göstəricidən 18,1% azdır. Bununla belə, şirkətin bu bölməsinin gəliri 3,2 milyard dollar olub ki, bu da ötən illə müqayisədə 4 faiz azdır.
Daha maraqlı göstərici budur ki, “Lenovo” şirkəti masaüstü kompüter bazarında rekord səviyyədə - 21,6 faiz artıra bilib. Bununla belə, bölmənin gəliri son bir ildə 12 faiz azalaraq 8 milyard dollar olub. Amma “Lenovo” 11 rübdür ki, ard-arda dünyanın ən iri masaüstü kompüter bazarının lideri olaraq qalmaqdadır. Oktyabr ayından dekabra qədər şirkət 15,4 milyon ədəd kompüter tədarük etməyi bacarıb.
Şirkətin server məlumatların saxlanılma sistemləri və buna uyğun proqram təminatı istehsal edən bölməsinin gəlirləri 1,3 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 8 faiz çoxdur.