Türkiyə hakimiyyətinin Suriyaya hərbi müdaxilə ilə bağlı heç bir planı yoxdur. Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Ankaranın bundan sonra da ABŞ-ın rəhbərlik etdiyi koalisiya ilə Suriyadakı fəaliyyətini koordinasiya etməkdə davam edəcəyini bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya mətbuatı Türkiyənin Suriyada savaşa başlayacağı haqqında informasiya yayıb.