İsveçrədən Kremlə zərbə

İsveçrədən Kremlə zərbə backend

İsveçrə Ukraynadakı vəziyyət, xüsusilə Krımın ilhaqı ilə əlaqədar Rusiyaya qarşı sanksiyaları genişləndirib. İsveçrə Federal Məsləhət Şurasının yeni qərarı Avropa İttifaqı tərəfindən qoyulmuş sanksiyalara dəstək xarakteri daşıyır.

Belə ki, 2014-cü il avqustun 27-də və noyabrın 12-də paytaxt Berndə qəbul edilmiş qərara yeni əlavələr olunub. Sənəddə vurğulanır ki, rəsmi Bern sanksiyalar məsələsində Avropa İttifaqı ilə birgə dəqiqləşmə aparılır. Avropa İttifaqı keçən ilin dekabrında Rusiyanın iki regionuna qarşı məhdudiyyətlərin qoyulmasına qərar verib.

Yeni qətnaməyə əsasən, Krımın və Sevastopolun iqtisadiyyatına, turizm və başqa sektorlara sərmayə qoymaq qadağan edilir. Həmçinin bu sektorlar üzrə əməkdaşlıq qadağan olunur.

Qadağa qoyulmuş 28 fiziki və hüquqi şəxsin bundan sonra İsveçrə ərazisinə girişi bağlanıb.
Diaspora