Polşa ilə Rusiya arasında gərginlik daha da arta bilər.
Qaziler.az ATV.az-a istinadən xəbər verir ki, 2010-cu ildə təyyarə qəzasında dünyasını dəyişən mərhum prezident Lex Kaçinskinin ölüm faktını yenidən araşdıran polşalı müstəntiqlər, diplomatik böhrana yol açan qəza ilə bağlı bəzi faktların gizlədildiyini üzə çıxarıb.Müdafiə naziri Antoni Masyereviç dövlət başçısının ölümündə Rusiyanın əlinin olduğunu açıq şəkildə irəli sürüb. Prezidentə məxsus təyyarənin yerə çırpılmazdan əvvəl havada partladığına işarə vuran nazir, olayla bağlı ən bəsit faktların belə ictimaiyyətə təqdim edilmədiyini bildirib.
Polşanın sabiq prezidenti Lex Kaçinski Rusiyanı hər çıxışında tənqid etməkdən çəkinmirdi.
Qeyd edək ki, Xatın qətliamını anmaq üçün Rusiyaya səfər edən ölkə başçısının təyyarəsi Smolensk yaxınlığında qəzaya uğramış, prezidentlə yanaşı 100-ə yaxın insan həlak olmuşdu.