Fransanın növbəti xarici işlər naziri qadın ola bilər

Fransanın növbəti xarici işlər naziri qadın ola bilər backend

Fransa mətbuatının verdiyi məlumata görə, ölkədə fevralın 15-dək hökumət dəyişikliyi gözlənilir.

Qaziler.az AzərTAC-a istinadən bildirir ki, xarici işlər naziri vəzifəsinə dövlət katibi Matiyas Feklin və keçmiş ədliyyə naziri Elizabet Giqunun adlarının hallanmasına baxmayaraq, yeni hökumətdə xarici işlər naziri Prezident Fransua Ollandın keçmiş həyat yoldaşı Seqolen Ruayalın olacağı gözlənilir. Bildirilir ki, artıq Seqolen Ruayal Prezident Fransua Ollandın bu vəzifə ilə bağlı təklifini qəbul edib.

Kənd təsərrüfatı naziri Stefan Lö Folun vəzifədən uzaqlaşdırılacağı gözlənilir.

Matyas Fekl, Tyeri Mandon, Lorans Rosinyol və Aksel Lömer kimi bəzi dövlət katiblərini vəzifələrində yüksəliş gözləyir.