Cenevrədə öldürülən suriyalı körpələrin şəkilləri səkilərə düzülüb - FOTOLAR

Cenevrədə öldürülən suriyalı körpələrin şəkilləri səkilərə düzülüb - FOTOLAR backend

Cenevrədə rus hərbi təyyarələrinin bombardmanı zamanı ölən suriyalı uşaqların fotoşəkilləri nümayiş olunub.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Suriyada heç bir günahı olmayan dinc sakinlərin, o cümlədən, üşaqların Rusiya Hərbi Hava Qüvvələri tərəfindən öldürüdükləri Cenevrədə keçirilən Suriyadakı münaqişənin sülh yolu ilə nizama salınması ilə bağlı aparılan danışıqların iştirakçılarının diqqətinə çatdırılıb. Bildirilib ki, Rusiya Hərbi Hava qüvvələri hələ də bu problemli regionda dinc sakinləri öldürürlər. "İslam Dövləti" ilə mübarizə adı altında Bəşər Əsəd rejiminə qarşı çıxan müxalifətin nəzarətində olan dinc sakinlərin yaşadığı ərazilər rus təyyarəçi -qatillər tərəfindən bombardman edilir.

Bu faktları diqqətə çatdırmaq üçün İsveçrədə olan suriyalı qaçqınlar danışıqların getdiyi BMT-nin Cenevrədəki ofisi qarşısına toplaşıblar. Onlar səkilərə Suriyada münaqişə zamanı ölən uşaqların fotoşəkillərini düzüblər. Bunlar rusiyalıların bombardmanları zamanı həlak olan gənc vətəndaşlar, Moskvanın dəstək verməkdə davam etdiyi Əsəd rejimi əsgərlərinin öldürdükləri körpələrdir.

Mənzərə çox təsiredici olub.