Ukrayna Ali Radasında Dnepropetrovsk şəhərinin adının dəyişdirilməsi məsələsi ilə bağlı layihə qeydə alınıb.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, şəhərin adının dəyişdirilərək Dnepr adlandırılması irəli sürülüb.Bu barədə Ali Radanın deputatı Andrey Denisenko öz facebook səhifəsində bildirib.
Qeyd edək ki, keçən il yanvarın 29-da bir neçə yüz insan inqilabçı Qriqori Petrovskinin (şəhər onun adını daşıyır) heykəlini dağıdıb. Bununla bağlı cinayət işi qaldırılıb.