Berezovski anti-Rusiya ittifaqı yaratmaq istəyirdi.
Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya mətbuatına açıqlamasında mərhum rusiyalı siyasətçi Boris Berezovskinin sevgilisi model Darya K. (rusiyalı müəllif təhlükəsizlik məqsədi ilə bu adı şərti seçib – red.) söyləyib. Onun sözlərinə görə, Berezovski tez-tez Belarusa səfər edirdi:“O, çox istəyirdi ki, geri qayıdıb Putini yox etsin. O, Gömrük İttifaqına bənzər bir şey hazırlayırdı. Berezovskinin planına əsasən, Avropa və Rusiyaya daxil olmayan və onların arasında yerləşən bir ittifaq yaradılmalıydı. Burada Ukrayna, Belarus və Gürcüstan olmalıydı. O, tez-tez bu ölkələrə səfər edirdi. Berezovski həmçinin Aleksandr Lukaşenkonun imici üzərində də çalışırdı. O istəyirdi ki, Lukaşenkodan bütün parametrlərə cavab verən Avropa lideri yaratsın”.
Qeyd edək ki, Boris Berezovski 90-cı illərdə Rusiyanın eks-prezidenti Boris Yelçinin ən etibalı adamlarından biri hesab edilirdi. Sonradan Putinlə münasibətlərinin pisləşməsi onun ölkədən qaçmasına səbəb oldu. 2003-cü ildə Böyük Britaniyada siyasi sığınacaq almasından sonra Rusiya onu İnterpol xətti ilə axtarışa verdi.
Berezovski 2013-cü ildə öz evində həlak olub. Tərəfdarları indiyə qədər onun Kremlin əmri ilə öldürüldüyünə inanırlar.