Türkiyə daha 5 PKK-nı məhv etdi

Türkiyə daha 5 PKK-nı məhv etdi backend

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı PKK əməliyyatları ilə bağlı məlumat yayıb. Axar.az xəbər verir ki, Cizrə və Surda davam edən əməliyyatlar nəticəsində 5 PKK terrorçusunun öldürüldüyü açıqlanıb.


Axtarış zamanı terrorçulara məxsus sığınacaqlardan 1 ədəd Kalaşnikov avtomatı, 2 ədəd ov tüfəngi, kustar üsulla hazırlanmış partlayıcı və digər sursatlar götürülüb.

Həmçinin, Suriyadan Türkiyəyə qeyri-qanuni yolla keməyə cəhd edən 4 İŞİD üzvü tutulub. Terrorçuların yanında 3 uşaq olub.