Rusiya: “ABŞ-a qarşı tədbir görüləcək”

Rusiya: “ABŞ-a qarşı tədbir görüləcək” backend

Rusiya ABŞ-ın Avropada öz hərbi mövcudluğunu genişləndirməsinə qarşı cavab tədbirləri görəcək. Axar.az xəbər verir ki, bunu “RİA-Novosti” agentliyinə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Andrey Kelin söyləyib. Onun sözlərinə görə, ABŞ gələcəkdə Avropada öz hərbi mövcudluğunun artırılmasına daha çox maliyyə yardımı ayıracaq.


Qeyd edək ki, ABŞ 2017-ci ildə özünün Avropadakı müttəfiqlərinin təhlükəsizliyinin təmin edilməsi üçün 3,4 milyard dollar ayıracaq. Bu rəqəm əvvəllər ayrılan yardımdan 4 dəfə çoxdur.