Ruslar Türkiyədən əl çəkmir

Ruslar Türkiyədən əl çəkmir backend

Rusiyanın Türkiyəyə sanksiyalar tətbiq etməsinə baxmayaraq ruslar Türkiyəyə getməkdən imtina edə bilmir. Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Tur Operatorları Birliyinin sədr müavini Dmitri Qorin deyib.

“Hər həftə Rusiyanın müxtəlif bölgələrindən hava yolları ilə Türkiyənin İstanbul, Antalya və s. şəhərlərinə 52 reys həyata keçirilir. Ümumi olaraq turistlərin sayı 25 mindən az olmayıb. Görünən odur ki, ruslar bu səyahətlərdən tamamilə imtina edə bilməyib”, - Qorin vurğulayıb.