Yəməndə İŞİD lideri öldürüldü

Yəməndə İŞİD lideri öldürüldü backend

Yəməndə Pilotsuz Uçan Aparatın (PUA) hücumu nəticəsində İŞİD lideri Cəlal Balidi öldürülüb. Axar.az xəbər verir ki, bu barədə “Röyter” agentliyi Yəmən hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Balidinin avtomobili Yəmənin cənubunda vurulub və onunla birgə iki köməkçisi də məhv edilib.

PUA-nın hansı ölkəyə aid olduğu isə açıqlanmayıb.