ABŞ prezidentliyinə namizədin təyyarəsi təcili eniş edib

ABŞ prezidentliyinə namizədin təyyarəsi təcili eniş edib backend

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trampın şəxsi təyyarəsi Tennesi ştatının Neşvil aeroportuna təcili eniş edib. APA-nın “BNO News”-a istinadən verdiyi məlumata görə, insident fevralın 3-də baş verib.

Məlumatda bildirilir ki, seçkiqabağı mitinqdə iştirak etmək üçün Ayova ştatından Arkanzasa uçan siyasətçi yola başqa təyyarə ilə davam etmək məcburiyyətində qalıb. Bununla belə, o, görüşə 2 saat gecikib.

ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.